“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi cari ilin Fevral ayının 27-də “Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin yaradılması məqsədilə Memorandumun imzalanması mərasimi keçirilmişdir.
“Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin təşəbbüs qrupunun yaradılması ideyası cari ilin yanvar ayının 31-də, Bakı şəhərində ABŞ-ın Pensilvaniya Universitetinin Menecment və Beynəlxalq Araşdırmalar üzrə Lauder İnstitutunun “Beyin Mərkəzləri (Think Tanks) və Vətəndaş Cəmiyyətləri” Global proqramının 200-dək ölkədə paralel olaraq keçirdiyi “Araşdırmalar mərkəzləri niyə vacibidir? (Why Think Tanks Matter)” mövzusunda vətəndaş cəmiyyəti təsisatları üçün təşkil olunan silsilə tədbirlər çərçivəsində keçirilmiş dəyirmi masada iştirakçılar tərəfindən səslənmişdir.
Tədbirdə açılış sözü ilə çıxış edən Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli qeyd etmişdir ki, şəbəkənin əsas məqsədi Azərbaycanda ictimai-siyasi münasibətlərin müxtəlif sahələri üzrə təhlil və tədqiqat işləri vasitəsilə dövlət siyasətinin həyata keçirilməsinə vətəndaş cəmiyyəti təşkilatlarının və mütəxəssislərin potensialının aşkar edilməsi, onların səfərbər edilməsi və fikirlərinin ictimaiyyətə çatdıırlmasında koordinasiya rolunu oynamaqla dəstək göstərməkdir.
Şəbəkənin eksperti İsmayıl Kərimov tədbirdə çıxış edərək, hal-hazırda Azərbaycanda qərarların qəbul edilmə prosesində tədqiqat mərkəzlərinin, araşdırmaçıların rolu ilə bağlı mövcud vəziyyət və Şəbəkənin bu sahədəı gələcəkdə oynayacaq rolu barədə fikirləri ilə bölüşdü.
Qeyri-formal statusda mövcud fəaliyyət göstərəcək “Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin fəaliyyətinin texniki-təşkilati təminatı məqsədilə Kaitlbik funksiyasını Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin həyata keçirməsi qərara alınmışdır.