Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

10 QHT rəhbərindən ibarət qrup kütləvi məzarlığı ziyarət etdi

Bu günlərdə, Xocavənd rayonunun işğaldan azad edilmiş Edilli kəndində kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqdakı qəbirlərin birinci Qarabağ müharibəsi dönəmində həmin kənddə ermənilər tərəfinfən girovluqda saxlanılan azərbaycanlı şəxslərə məxsus olduğu bildirilir. İşğaldan azad olan Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur.

Məsələ ilə əlaqədar, Fevralın 25-də 10 nəfər QHT rəhbərindən ibarət qrup Xocavənd rayonunun Edilli kəndinə səfər etmişlər. Kütləvi məzarlığa ziyarət edərək, yerində tanış olmaq üçün missiyada digər QHT-lərlə yanaşı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli və təşkilatın layihə hüquqşünası Fariz Əkbərov da iştirak etmiş və yerində vəziyyətlə tanış olaraq hüquqi qiymətləndirmə aparmışlar. Təşkilatın sədri Ramil İskəndərlinin AZTV-yə Birbaşa bağlantı zamanı aşağıdakıları söyləmişdir:

– Kütləvi məzarlığın aşkar edildiyi yeri ziyarət edərək, biz Ermənistanın azərbaycanlı əhaliyə qarşı törətdiyi növbəti hərbi cinayətinin şahidi olduq. Ermənsitan  ordusunun 1-ci Qarabağ müharibəsi dövründə törətdiyi bu cinayət, məhkəmədənkənar və ya özbaşına edamlar – yəni hər hansı qanuni çərçivədən kənar, şəxslərin qəsdən öldürülməsi müharibə cinayətidir.

Beynəlxalq humanitar adət-ənənə hüquqa əsasən, mülki əhalinin, girovların qətli Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə görə müharibə cinayəti kimi daxil edilmişdir. Cenevrə Konvensiyalarının 3-cü Ümumi Maddəsi “həyata və insana qarşı zorakılığı, xüsusən də hər cür qətli” qadağan edir.

Bundan başqa Ramil İskəndərli “ShushaNews” açıqlamasında bildirmişdir ki, müharibədə həlak olan şəxslər hörmətli şəkildə dəfn olunmalı, məzarlarına hörmət edilməli və lazımi qaydada davranılmalıdır. Həlak olmuş şəxsləri hörmətlə dəfn etmək öhdəliyi ilk dəfə 1929-cu il Cenevrə Konvensiyalarında kodlaşdırılmışdır. Daha sonra Birinci Cenevrə Konvensiyasının 17-ci maddəsində təfərrüatlı şəkildə; İkinci Cenevrə Konvensiyası, Maddə 20; Üçüncü Cenevrə Konvensiyası, Maddə 120; və Dördüncü Cenevrə Konvensiyası, Maddə 130-da məzarlıqlara hörmət və qulluq tələbi öz əksini tapmışdır.

Cenevrə Konvensiyalarında qeyd olunur ki, həlak olmuş şəxslər, mənsub olduqları dini ayinlərinə uyğun dəfn edilməlidir. Cenevrə Konvensiyaları bundan əlavə, dəfnin fərdi qəbirlərdə olmasını tələb edir. Kollektiv qəbirlərdən yalnız şərait imkan vermədikdə istifadə oluna bilər. Bu tələblər çoxsaylı hərbi təlimatlarda da öz əksini tapıb”.

Hələ 1992-ci ildə “Böyük Britaniyanın “The Sunday Times” qəzetinin müxbiri Tomas Qolts yazırdı ki, erməni əsgərləri azərbaycanlıları güllələyib, süngüdən keçiriblər. Onların əksəriyyəti qadın və uşaqlar olubş. Eyni mövzuda ABŞ-ın “Vaşinqton Post”, Böyük Britaniyanın “İndependent” qəzetlərində çoxsaylı məlumatlar dərc edilib.

Papua Yeni Qvineyada həlak olmuş mülki şəxslərin hörmətsiz şəkildə dəfn olunması ilə bağlı xəbər verilmiş hadisə BMT-nin Məhkəmədənkənar və Özbaşına Edamlar üzrə Xüsusi Məruzəçisi tərəfindən pislənilmişdir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin fikrincə, QHT olaraq, BMT-nin əlaqədar strukturlarına, Papua Yeni Qvineyada həlak olmuş mülki şəxslərin hörmətsiz şəkildə dəfn olunması ilə bağlı xəbər verilmiş hadisə BMT-nin Məhkəmədənkənar və Özbaşına Edamlar üzrə Xüsusi Məruzəçisinə, digər beynəlxalq insan hüquqları təşkilatlarına və beynəlxalq ictimaiyyətə sosial şəbəkələr və ənənəvi kommunikasiya kanalları vasitələri ilə bu hadisə barədə məlumatları çatdırmaq vacibdir.

ShushaNews


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: