Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

Press Reliz: Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin növbəti görüşü keçirilmişdır.

2020-ci lin iyun ayının 2-də Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin təsisçi üzvlərin iştirakı ilə növbəti görüş keçirilmişdir. Məlum səbəblərdən bu dəfə görüş onlayn platforması vasitəsilə həyata keçirilmişdir.

Onlayn görüş Şəbəkənin təsisçilərindən biri, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskədərli tərəfindən təşkil edilmişdir. Bu dəfəki görüşün əsas məqsədi ölkədə uşaq hüquqları ilə bağlı mövcud vəziyyət, bu istiqamətdə həyata keşirilən islahatlar, yerlərdə mövcud çatışmazlıqlar və onların aradan qaldırılması məqsədilə vətəndaş cəmiyyəti institutlarının dövlət orqanları ilə əməkdaşlığı perspektivləri, COVİD 19 pandemiyasının uşaqlara sosial təsiri, uşaq hüquqları sahəsində aparılmış tədqiqatlarla tanışlıq, üzv QHT-lərin gördüyü işlər, uşaq ədliyyəsi məsələləri və BMT-in uşaq hüquqlarına dair Komitəsinə hazırlanacaq alternativ hesabat və s. məsələlər müzakirə olunmuşdur.

Görüşdə Şəbəkənin təsisçilərindən biri,  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi və təşviqi, o cümlədən, uşaq hüquqları ilə bağlı həyata keçirilən silsilə maarifləndirmə tədbirləri, uşaq tərbiyə müəssisəsinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanma yerlərinə edilən başçəkmə və monitorinqlər barəsində geniş məlumat vermiş, yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə tətbiq edilən xüsusi karantin rejimi şəraitində uşaq hüquqlarının təmininə diqqətin daha da artırılması məqsədilə Ombudsmanın gördüyü işləri diqqətə çatdırmış və görüş iştirakçılarının suallarını cavablandırmışdır.

Tədbirdə Şəbəkənin aşağıdakı təsisçi ekspertləri iştirak etmiş və mövzu üzrə çıxış etmişlər:

–          Aydın Səfixanlı – İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri

–          Ramil İskəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri

–          Elmari Məmişov – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədr müavini

–          Ramil Məmmədli – Hərbi-siyasi analitik

–          Mehriban Zeynalova – Təmiz Dünya təşkilatının rəhbəri

–          İsmayıl Kərimov – Tədqiqatçı ekspert

–          Əvəz Həsənov – Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri

–          Kəmalə Aşımova – Ümidli Gələcək Gənclər Təşkilatının direktoru

–          Fariz Əkbərov – Hüquqşünas, Uşaq hüquqları üzrə ekspert

Görüşdə iştırakçılar ümumi razılığa gəlmişlər ki, uşaq hüquqları problemlərinin həlli istiqamətində əlaqədar dövlət qurumları və Ombudsman təsisatı ilə görüşlər keçirilsin və məsləhətləşmələr aparılsın.

2019-cu ilin yanvar ayında təsis olunan bu şəbəkə indiyədək bir sıra tədbirlər həyata keçirmişdir.

Şəbəkənin əsas məqsədi Azərbaycanda müxtəlif sahələr üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərilməsinə, bu sahədə fəaliyyət göstərən təşkilatlar və mütəxəssislər potensialının səfərbər edilməsidir.

Şəbəkənin fəaliyyətinin texniki-təşkilati təminatı məqsədilə Kaitlbik funksiyasını “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi  həyata keçirir.

Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin Katibliyi


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: