Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

Volodimir Zelenskiy – Ukraynanın yeni Prezidenti: “Bizə baxın! İnanın ki, hər şey mümkündür!”

Political Protagonists Debate Ahead Of Ukraine's General Election

Bu gün Ukraynada Prezident seçkilərinin ikinci turu keçirildi və gözlənildiyi kimi Volodimir Zelenskiy qalib gəldi. Zelenskiy seçicilərin exit-pollun ilkin nəticələrinə görə 73% səsini toplaya bildi. İndiki Prezident Poroşenko isə 25% səslə məğlubiyyəti qəbul etdi və Zelenskiyə zəng edərək təbrik etdi. Heç bir qarşıdurma, Maydan filan olmadan…

Yadıma gəlir, hələ düz 15 il bundan əvvəl, 2004-ci ilin payızında Ukraynada Prezident seçkilərində beynəlxalq ENEMO Seçki Müşahidə Missiyasının tərkibində qısa müddətli müşahidəçi kimi Donetsk vilayetində seçkiləri izləımişdim. Yəni Ukrayna barədə, orada keçirilən seçkilər barədə məndə artıq müəyyən bir fikir formalaşmışdır. Lakin bu ilki Prezident seçkiləri bir başqa seçkilər oldu. Əvvəlki seçkilərdən fəqrləndirici cəhəti aşağıdakılardan ibarət olduğunu düşünürəm:

  • 73% səslə qələbə, adətən az fərqlə qələbə qazanılan əvvəlki seçkilərdən fərqli idi.
  • Siyasətdə olmayan adamın qalib gəlməsi ilk dəfədir.
  • Tarixdə ilk dəfə, MDB məkanında ilk dəfə, Prezidentliyə namizədlərin 2-cu turdakı debatı canlı olaraq stadionda minlərlə insanın qarşısında keçirildi.
  • Məhşur şou-men, KVN-çi, hansı ki Prezident kimi indiyədək yaınız kino serialında rol oynamışdır, zarafata baxmayaraq, doğrudan da Prezident oldu. Unikal uğur hekayəsidir.

Təbii ki heç kim inkar etmir ki, Ukraynada korrupsiya çox yüksək səviyyədədir, Transparency İnternational təşkilatının qlobal indeksində Ukrayna korrupsiyalaşmış ölkələrin cərgəsindədir. Heç kim inkar etmir ki, bu gün Ukrayna iqtisadiyyatını, maliyyə, sənaye sektorunu, media və ictimai -siyasi institutları oliqarxlar tərəfindən idarə olunur. Heç kim inkar etmir ki, maaşların azlığı, və kommunal tariflərin yüksəliyi ilə müşaiyət olunan işsizlik problemi, və nəhayət Ukraynanın əsas problemi isə öz torpaqlarının Rusiyanın işğalı altında olmasıdır.

Lakin bütün bunlara baxmayaraq, əminəm ki, ixtisasça hüquqşünas olan Volodimir Zelenskiy və onun komandası ən azından yaxın 5 il ərzində tamamilə yeni, tanınmayacaq dərəcədə dəyişmiş Ukraynanın memarı olacaqlar. Onun fəaliyyətini çoxdan izləyirəm və nədənsə onun səmimiliyinə inanıram. Bəlkə də ona görə ki, bu adam bügünədək siyasətçi olmayıb…

Exit-pollun nəticələrin açıqlanandan sonra mətbuat üçün ayaqüstü brifinq keçirən Zelenskiy sonda bir açıqlaması diqqəti cəlb etdi. O Post-sovet məkanına səslənərək, “Bizə baxın! İnanın ki, hər şey mümkündür!” deyə səsləndi…

Ramil İskəndərli

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

1029144

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: