Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

ABMVC Şəbəkəsi – Memorandumun mətni və təsisçilər

Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin yaradılması haqqında

Memorandum

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı ilə 2019-cu ilin yanvar ayının 31-də Azərbaycanda fəaliyyət göstərən araşdırma yönümlü vətəndaş cəmiyyəti təssisatlarının nümayəndələri arasında keçirilmiş görüşün davamı olaraq, 27 Fevral 2019-cu il tarixində,

  • Beyin mərkəzləri (think tanks) adlanan təsisatların müasir dövrümüzdə əhəmiyyətini nəzərə alaraq,
  • Azərbaycanda araşdırma yönümlü təşkilatların mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparmaq vacibliyini nəzərə alaraq,
  • Araşdırma yönümlü orqan və təsisatlarda çalışan mütəxəssislər informasiya və təcrübə mübadiləsinin aparılması, eləcə də kommunikasiyanın qurulması vacibliyini nəzərə alaraq,

mütəxəssislər bir araya gələrək, aşağıdakılar barədə ümumi razılığa gəldilər:

  1. Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmyyəti Şəbəkəsinin (bundan sonra Şəbəkə) qeyri-formal statusda yaradılsın,
  2. Şəbəkənin gələcəkdə Əsasnaməsinin hazırlanması və üzvlərlə razılaşdırılması Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyini sədri Ramil İskəndərliyə həvalə olunsun,
  3. Şəbəkənin katibliyi/koordinasiya mərkəzi olaraq Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin imkanlarından istifadə olunsun,
  4. Yaxın müddətdə Şəbəkənin 2019-2020-ci illər üçün Fəaliyyət Planı katiblik tərəfindən hazırlansın və üzvlərlə razılaşdırılsın.

1.      Şəbəkənin məqsədi

Şəbəkənin əsas məqsədi Azərbaycanda müxtəlif sahələr üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərilməsinə, bu sahədə fəaliyyət göstərən təşkilatlar və mütəxəssislər potensialının səfərbər edilməsidir.

  1. Şəbəkənin fəaliyyət sahələri və fəaliyyət növləri

2.1 Fəaliyyət sahələri:

  • Hüquq siyasəti
  • Müdafiə və təhlükəsizlik siyasəti
  • İqtisadi siyasət
  • Təhsil siyasəti
  • Enerji siyasəti
  • Ətraf mühit siyasəti
  • Xarici siyasət və beynəlxalq əlaqələr
  • Səhiyyə siyasəti
  • Elm və texnologiya siyasəti
  • Sosial siyasət
  • Media siyasəti
  • Şəffaflıq və idarəetmə
  • Humanitar siyasət
  • Gənclər siyasəti
  • Gender və qadın hüquqları siyasəti
  • Qida və su təhlükəsizliyi siyasəti
  • Turizm siyasəti
  • Münaqişələrin həlli ilə bağlı vəziyyətin təhlili
  • Lobbiçilik və diaspora
  • Tarixi araşdırmalar və milli dövlətçilik
  • Fəaliyyət növləri:
  • Periodik olaraq ekspertlər arasında görüşlərin təşkil olunması,
  • tədqiqatçılar və ekspertlər barədə onlayn məlumat bazasının yaradılması,
  • sosial şəbəkədə səhifənin və internetdə vebsyatın yaradılması,
  • gənc mütəxəssislər arasında araşdırma yazıları müsabiqələrinin keçirilməsi
  • müxtəlif sahələrdə həyata keçirilən dövlət siyasəti, strategiyası və proqramlarının monitorinqi, qiymətləndirilməsi və təkliflərin verilməsi istiqamətində beyin mərkəzləri və mütəxəssislərin cəlb edilməsi və koordinasiya
  • bu və ya digər sahələrdə siyasət sənədlərinin ekspertlər tərəfindən birgə hazırlanması
  • mövcud qanunvericliyin analizi, ekspertizası və təkmilləşmə istiqamətində təkliflərin verilməsi üzrə ekspertlərin birgə əməkdaşlığa cəlb edilməsi
  • ictimai əhəmiyyətli məsələlərin birgə təhlili və proqnzlaşdırmanın aparılması
  • dövlət qurumları tərəfindən yaradılan tədqiqat mərkəzləri ilə əməkdaşlıq.
  1. Şəbəkədə üzvlük
  • Araşdırma və tədqiqat yönümlü fəaliyyət göstərən hüquqi və fiziki şəxslər şəbəkənin üzvü ola bilərlər
  • Şəbəkəyə üzvlük məsələsi uzvlərin periodik keçirilən görüşlərində konsensus əsasında qəbul edilmiş qərarlarla tənzimlənir.
  • Hər bir Şəbəkə üzvü Şəbəkənin gündəlik fəaliyyəti, proqram və layihələri ilə yaxından maraqlana bilər, tədbirlərin təşkilində və həyata keçirilməsində yaxından iştirak etmək hüququna malikdir.
  • Üzvlər ümumi razılıq olmadan Şəbəkənin adından bəyanat verə bilməzlər.
  1. Şəbəkənin görüşləri/iclasları
  • Şəbəkənin iclasları azı 2 ayda bir dəfə keçirilir.
  • Şəbəkənin iclasları şəbəkə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.
  • Səbəkə iclaslarında qərarlar yalnız ümumi konsensus əsasında qəbul edilir.

5.      Şəbəkənin Katibliyi/Koordinasiya Mərkəzi

  • Şəbəkənin fəaliyyətinin texniki-təşkilati təminatı məqsədilə Kaitlbik funksiyasını Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi həyata keçirir.
  • Katiblik üzvlərin ümumi konsensus qaydasında razılığı olmadan Şəbəkə adından hər hansı bəyanatla çıxış edə bilməz. Katiblik öz fəaliyyətində bitərəf olmalıdır və bütün üzvləri eyni dərəcədə təmsil etməlidir.

6. Yekun müddəalar

6.1.            Memorandumun qüvvəsi

Bu Memorandum niyyət bəyanatı olaraq, Tərəflər  arasında hüquqi qüvvəyə malik müqavilə yaratmır və uyğun olaraq, yerinə yetirilmədiyi təqdirdə, Tərəflərin heç biri üçün hüquqi məsuliyyət yaratmır. Lakin, Tərəflər xoş məramla bu Memorandumun müddəalarını yerinə yetirmək üçün səy göstərəcəklər. Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll olunur.

6.2.            Memorandumun qüvvəyə minməsi

Bu Memorandum bütün üzvləri təmsil edən səlahiyyətli nümayəndələrin onu imzaladığı gündən qüvvəyə minir.

7.        Memoranduma qoşulma

Bu Memorandum qüvvəyə mindikdən sonrakı dövrdə Azərbaycan Respublikasında fəaliyyət göstərən və Şəbəkəyə qoşulmaq istəyən yerli və ya xarici mütəxəssislər bu Memoranduma üzvlərin ümumi konsensus qaydasında razılığı ilə qoşula bilərlər.

8.         Memorandumu tərk etmə

Şəbəkənin hər bir üzvü istədiyi an Memorandumu (Şəbəkəni) tərk edə bilər.

9.        Memoranduma dəyişikliklər edilməsi

Şəbəkənin fəaliyyətini gücləndirmək məqsədilə üzvlərin umimi konsensus qaydasında razılığı ilə Memoranduma müvafiq dəyişikliklər edilə bilər.

10.    Digər məsələlər

  • Bu Memorandum bir nüsxədə, azərbaycan dilində 27 fevral 2019-cü il tarixində Bakı şəhərində imzalanmışdır
  • Bu Memorandumun imzalanmış nüsxəsi Katiblikdə saxlanılır. Onun surətləri bütün üzvlərə təqdim olunur.

 

Memorandum aşağıdakı şəxslər tərəfindən imzalanmışdır:

Aydın Səfixanlı – İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri

Ramil İskəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri

Elmari Məmişov – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi

Ramil Məmmədov – Hərbi-siyasi analitik

İsmayıl Kərimov – Tədqiqatçı ekspert

Fəxrəddin Həsənzadə – Gənclər üçün Təhsil Mərkəzinin İcraçı Direktoru

Əvəz Həsənov – Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri

Zaur İbrahimov –Konstitusiya Araşdırmalar Fondu

Kəmalə Aşımova – Ümidli Gələcək Gənclər Təşkilatının direktoru

Gülşən Axundova – Ümidli Gələcək Gənclər Təşkilatı

Sübhan Talıblı – tarixçi alim, Milli Elmlər Akademiyası

Fariz Əkbərov – Hüquqşünas

Mehriban Zeynalova – Təmiz Dünya təşkilatının rəhbəri

 

 

 

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: