Bu ilin yanvar ayının 31-də sədri olduğum Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda vətəndaş cəmiyyəti üzvləri arasında “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsi” təşəbbüs qrupu yaradılmış və fevral ayının sonunda bu Şəbəkənin təsis olunması haqqında Memorandumun imzalanması mərasimi keçiriləcəkdir.
Sevindirici haldır ki, bizim təşəbbüs ölkədə aparılan son islahatlar və struktur dəyişiklikləri fonunda aktualdır və Prezident İlham Əliyevin fevralın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında və fevralın 8-də isə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında imzaladığı Fərmanlarlarla təxminən eyni vaxta dəlalət edir.
Əminəm ki, bizim təşəbbüs Prezident Fərmanı ilə publik hüquqi şəxs statusunda yaradılmış həmin qurumlarla bir vətəndaş cəmiyyəti şəbəkəsi olaraq yaxından əməkdaşlıq edəcəkdır. Şəbəkə yaxın gələcəkdən etibarən Azərbaycanın intellektual həyatında, ictimai -siyasi münasibətlər sistemində aktiv fəaliyyət göstərəcəkdir.
Şəbəkəmiz barədə 5 fevral tarixində mediaya verdiyimiz açıqlamanı bir daha nəzərinizə çatdırırıq: