Gənclər, bayramınız mübarək! Bu gün 2 fevral gənclər günüdür. Şəxsən mən artıq bir neçə il bundan qabaq, metroda bir gəncin durub mənə yer verən gündən, özümü gənc hesab etmirəm:-)

Amma 2 fevral günü gələndə gənclik dövrünü xoş təəssüratla xatırlayıram.1994-1999-cu illərdə Gənclər hərəkatındakı ilk fəaliyyətlərim, 1999-ci ildən rəhbərliyində təmsil olunduğum Gənc Hüquqşünaslar Birliyini xatırlayıram.

Bu il, bu təşkilatın 20 yaşı tamam olur. Müxtəlif dövrlərdə bu təşkilata rəhbərlik etmiş şəxsləri təbrik edirəm! (Nadir Adilov, Elmari Məmişov, Fərhad Vəliyev və özüm:). Bundan başqa səhv eləmirəmsə, 2007-ci ildə 2 fevral Gənclər günündə Prezident İlham Əliyevin bir qrup lider gənclərlə görüşündə, bir neçə il sonra isə PA İctimai Siyasi şöbənin müdiri Əli Həsənovla görüşdə iştirak etməyim mənim üçün əlamətdar günlər idi.

Bir də son olaraq keçən il dostum Nadir Adilovun “Gəncsən, başla” kitabının təqdimatında iştirak da, 2 fevral günü ilə assosiasiya olunan hadisə kimi yadımda qalıb. Gəncləri o kitabı oxumağı tövsiyyə edirəm. Gənclər, bayramınız mübarək!
