Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

Ilin 3 hüquq hadisəsi

İLİN 3 HÜQUQ HADİSƏSİ

Keçən il olduğu kimi, bu il də “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Azərbaycanda yola saldığımız ilin 3 əsas hüquq hadisəsini müəyyən etmişdir. Təşkilat tərəfindən aparılan araşdırma nəticələrinə əsasən 2018-ci ildə “İlin 3 əsas hüquq hadisəsi” olaraq aşağıdakılar hesab olunmuşdur:

  • Vergi məcəlləsinə edilən dəyişikliklər
  • Bakıda Avrasiya Hüquq Qurultayının keçirilməsi
  • Xəzərin hüquqi satusunun müəyyən edilməsi

2018-ci ildə də son illər aparılan hüquq islahatlarının davamlı olaraq həyata keçirilməsi ilə yadda qalmışdır. Belə ki, sadalanan 3 hüquq hadisəsi nəinki Azərbaycanın hüquq icmasında, eyni zamanda geniş əhali qrupları arasında da böyük marağa səbəb olmuşdur.

vergi-mecellesi-300x227

Belə ki, ilin sonunda Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklər ictimaiyyət arasında geniş müzakirə mövzusu olmuşdur. Xəzərin hüquqi statusu məsələsi mahiyyətcə regional bir proses olsa da, məsələ xeyli dərəcədə Azərbaycan sərhədlərini əhatə etdiyinə görə milli səviyyədə geniş marağa səbə olmuşdur.  Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir.

xezer_23847576“Xəzər beşliyi” dövlətlərinin başçıları Qazaxıstanın Aktau şəhərində V Zirvə toplantısında mühüm sənədlər imzaladılar. Bu hadisəyə geniş reaksiya verilməsi tam gözlənilən idi. Çünki Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması iqtisadi, enerji, siyasi, hərbi, ekoloji və geosiyasi risklər yaradırdı ki, bu da istənilən an regionda gərginliyə yol aça bilərdi.  İmzalanan sənəddə Xəzər dənizində münaqişələrin qarşısının alınması ilə bağlı Xəzəryanı dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə ziyan vurmamağa, hərbi sferada regional təhlükəsizliyin təmini kontekstində qarşılıqlı etimadın artırılmasına ayrıca diqqət yetirilib.

15450347754532364335_1000x669

2018-ci ilin dekabr ayının 17-19 tarixlərində Bakıda “beynəlxalq ədalət üçün beynəlxalq hüquq” mövzusunda keçirilən ikinci Avrasiya Hüquq Qurultayında insanlığa qarşı cinayətlərlə, terrorizmlə mübarizə kimi məsələləri müzakirə edilmişdir. Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu tədbirin bütövlükdə region üçün böyük bir hadisə olduğunu və qurultayın əsas məqsədlərindən biri də məhz eyni coğrafiyada yaşayan, ortaq mədəni və tarixi dəyərləri olan cəmiyyətlərin bir-birinə həm ictimai, həm də dövlətlər səviyyəsində yaxınlaşdırılmasını qeyd edib.

Xatırlatmaq üçün qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən ilin 3 hüquq hadisəsi isə aşağıdakılar olmuşdur:

  • Cinayət qanunvericiliyinin humanistləşdirilməsi
  • Probasiya xidmətinin yaradılması
  • Azərbaycanda Vəkillər Kollegiyasında dəyişikliklər

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: