Yola saldığımız 2018-ci il Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi (HTA) üçün xeyli dinamikliyi və aktivliyi ilə yadda qaldı. Xüsusilə qeyd etmək lazımdır ki, təşkilat Brüsseldə kecirilən Qlobal Araşdırma Mərkəzlərinin Forumunda, Bakıda keçirilən Avrasiya Hüquq Qurultayında təmsil olundu.
Təşkilatın rəhbəri Ramil İskəndərli yuxarıdakı tədbirlərdə HTA-nı təmsil etməklə yanaşı, eyni zamanda NATO və Avropa İttıfaqının nümayəndələri ilə Brüsseldə görüşlər keçirdi. HTA ekspertləri 2018-ci ildə vavib hüquq araşdırmaları ilə yadda qaldılar. Belə ki, Avropa İttıfaqının Ədliyyə nazirliyi ilə birgə layihəsi çərçivəsində “Məhkumların idarəolunması” sahəsində, Avropa Şurası və Ədliyyə Nazirliyi ilə həyata keçirdiyi proqram çərçivəsində “QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi” sahəsində təkliflərin verilməsi üzrə fəaliyyət həyata keçirilmişdir.
2019-cu il üçün əsas istiqamətlər olaraq, cinayət mühakimə icraatı sahəsində huquq təhlillərinin aparılması, Azərbaycanın Avro-Atlantik hüquq məkanına inteqrasiyası, QHT-lərin BMT insan hüquqları mexanizmlərindən istifadəsi üzrə və araşdırma mərkəzlərinin rolunun artırılması üzrə bacarıqlarının artırılması, yuvenal ədliyyə məsələləri üzrə fəaliyyət, eləcə də internet resursları və sosial şəbəkələr vasitəsilə Azərbaycanın beynəlxalq hüquqi cəhətdən haqlı mövqeyinin təbliği sahəsində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.