Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

Brüsseldə keçirilən Qlobal araşdırmalar (“beyin”) mərkəzlərinin illik sammitində Azərbaycanı kim təmsil etdi?

AF37C891-F61E-4CF2-8C11-BAF85551BEE8.jpegHüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin (HTA) sədri, London Metropolitan Universitetinin ictimai təhlükəsizlik ixtisası üzrə doktorantı, Ramil İskəndərli 7-10 Noyabr 2018-ci il tarixlərində Brüsseldə Qlobal “Beyin Mərkəzləri” Sammitində Azərbaycanı təmsil etmişdir.  Tədbir  ABŞ-ın Pensilvaniya Universitetinin “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Təsisatları” Araşdırma Mərkəzi və Belçikanın “Bruegel” təşkilatı tərəfindən təşkil olunmuşdur. Üç gün ərzində keçirilmiş Sammitdə dünyanın aparıcı “beyin mərkəzləri” iştirak etmişdir. Tədbirdə əsas çıxışçılar Avropa Komissarı xanım Sesilia Malstrom, NATO Baş Katibinin köməkçisi Tacam İldem olmuşdur. Ramil İskəndərli eyni zamanda ayrıca olaraq Avropa İttifaqənın Qonşuluq siyasəti proqramının Azərbaycan üzrə məsul şəxsləri, eləcə də NATO-nun İctimai Diplomatiya proqramının Azərbaycan üzrə məsul şəxsləri ilə görüşlər keçirmiş və Azərbaycanda vətəndaş cəmiyyəti, ədliyyə islahatları, qanunun aliliyi sahəsində son dövrlər görülən işlər və gələcəkdə Azərbaycanın Avro-Atlantik inteqrasiyası istiqamətində görülməli olan işlər barədə fikir mübadiləsi aparmışdır.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: