Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Brüsseldə Qlobal “Beyin Mərkəzləri” Sammitində təmsil olunacaq

7-9 Noyabr 2018-ci il tarixlərində Brüsseldə Qlobal “Beyin Mərkəzləri” Sammiti keçiriləcəkdir. Sammitdə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi təşkilatın sədri Ramil İskəndərli ilə təmsil olunacaqdır. Tədbir  ABŞ-ın Pensilvaniya Universitetinin “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Təsisatları” Araşdırma Mərkəzi və Belçikanın “Bruegel” təşkilatı tərəfindən təşkil olunmuşdur. Sammitdə qlobal maraq kəsb edən məsələlərin müzakirəsi üçün tanınmış “beyin mərkəzləri”, araşdırma mərkəzlərinin rəhbərləri iştirak edəcəklər. Tədbirdə əsas çıxışçılar Avropa Komissarı xanım Sesilia Malstrom, NATO Baş Katibinin köməkçisi Tacam İldem olaraq və eləcə də qlobalizasiya çağırışları, iqtisadi millətçiliyin qalxması, kütləvi miqrasiyanın qlobal təsirləri və digər məsələlər müzakirə olunacaqdır.

unnamed

Araşdırma Mərkəzləri, yeni simalar və yeni ideyalar adlı panel diskussiyası zamanı qlobalizasiya proseslərinin cəmiyyətlərə milli səviyyədə və beynəlxalq qurumlar səviyyəsində təsirinin ölçülməsi meyarları məsələləri beyin mərkəzlərinin rəhbərləri tərəfindən müzakirə olunacağı və müvafiq tövsiyyələrin səsləndiriləcəyi gözlənilir.

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: