Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

HTA sədrinin yazısı Penal Reforms İnternational beynəlxalq təşkilatının xəbərlər bülletenində yer alıb

Bu günlərdə cinayət mühakiməsinin həyata keçirilməsi sahəsində işlahatların təşviqi, araşdırılması və cəzaçəkmə müəssisələri ilə iş üzrə ixtisaslaşmış beynəlxalq qurum olan “Penal Reforms İnternational” təşkilatına məxsus aylıq elektron xəbərlər bülletenin sonuncu iyul sayında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin müəllifi olduğu “Prezident cinayət mühakimə sistemində fundamental dəyişikliklər irəli sürdü” (ingliscə – “Azerbaijani President initiated fundamental changes to the criminal justice system“) adlı yazısı yerləşdirilmişdir. Yazıda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı və Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə göndərilən qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi barədə geniş analiz öz əksini tapmışdır.

 

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: