Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

HTA Azərbaycan həqiqətlərinin beynəlxalq hüquqi təbliğini davam etdirir

Bu günlərdə Fransanın Strasburq şəhərində Avropa İttifaqı və Avropa Şurasının birgə təşkil etdiyi Avropa Şərq Tərəfdaşlığı ölkələrində Ədliyyə islahatları ilə bağlı növbəti Regional Dialoq görüşü keçirilmişdir. Görüşdə region ölkələrindən hakimlər, məhkəmə, ədliyyə və prokurorluq orqanları, vəkillər, eləcə də qeyri-hökumət təşkilatları nümayəndələri müxtəlif işçi qruplarda beynəlxalq ekspertlərin iştirakı ilə fikir mübadiləsi aparmışlar. Tədbirdə həmçinin vətəndaş cəmiyyəti təmsilçisi olaraq Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil Iskəndərli “Hüquq islahatları” mövzusu üzrə İşçi Qrupda iştirak etmişdir. Diskussiyalar zamanı Ramil İskəndərli çıxış edərək, Azərbaycanda həyata keçirilən hüquq islatları təcrübəsindən nümunələr gətirmiş, ədliyyə və hüquq mühafizə orqanları və vətəndaş cəmiyyəti təsisatları arasında əməkdaşlığın vacibliyini vurğulamışdır.

Avropaya səfər çərçivəsində növbəti görüş mərkəzi ofisi İtaliyanın paytaxtı Roma şəhərində yerləşən Beynəlxalq Hüquq İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Regional Proqramın koordinatoru və əməkdaşları ilə keçirilmişdir. Görüşdə Azərbaycanda hüquq aparılan hüquq islahatları, insan hüquqları, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyi sahəsində beynəlxalq təşkilatın nümayəndələrinə geniş məlumat verilmişdir. Ramil İskəndərli eləcə də Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Prezident yanında QHT-lərə Dəstək Şurasının maliyyə köməkliyi ilə həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin beynəlxalq hüquqi təbliği” layihəsi barədə məlumat vermişdir. Görüşdə iki təşkilat arasında yaxın gələcəkdə birgə tədbir və layihələrin həyata keçirilməsi imkanlarının araşdırılması barədə ilkin razılığa gəlinmişdir.

Hüquqi Təhlil və Araşdırmalar Ictimai Birliyinin Mətbuat Xidməti


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: