Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

Press reliz

HTA ramil AZE

18.06.2015

Press reliz

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi “Qadın və uşaqlara insan hüquqları sahəsində təmənnasız hüquqi xidmətlərin göstərilməsi” layihəsini həyata keçirməkdədir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi qadın və uşaqların insan hüquqlarının təmin olunması istiqamətində hüquqi dəstəyin göstərilməsidir.

Prezidentin sərəncamı ilə təqsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının  2-ci fəsli bütünlüklə əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə həsr edilmişdir. Qadın və uşaqlar İnsan hüquqlarının səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət planında zəif qruplara aid edilən əhali kateqoriyası kimi göstərilmişdir. Bu layihə müddətində hüquqi dəstək təxminən 40-dək qadın və 60 nəfərədək uşaqlara (valideynlərə) göstəriləcəkdir.

Layihənin sonunda əhəmiyyətli məqamlardan biri də odur ki, hüquq xidməti nəticəsində nəinki fərdi hüquq problemləri həll edilməyə çalışılacaq, eləcə də nəticələrin ümumiləşdirməsi yolu ilə uşaq və qadınların hüquqi problemlərini yaradan amillər təhlil olunacaq və hesabat şəklində ictimaiyyətə təqdim ediləcək.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi 2012-ci ilin avqust ayında təsis edilib və dövlət qeydiyyatına alınıb. Birliyin əsas missiyası “beyin mərkəzi” olaraq hüquq problemlərinin öyrənilməsi, araşdırılması və təhlili vasitəsilə ölkəmizdə hüquq islahatlarının  həyata keçirilməsinə töhvə verməkdən ibarətdir.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: