Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

Sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqları ilə bağlı təlim

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri, Azərbaycan Hüquqlar Konsorsiumu layihəsinin rəhbəri Ramil İskəndərli bu gün Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Gənclər Fondunun dəstəyi ilə sağlamlıq imkanları məhdud olan gənclərlə işləyən təşkilat nümayəndələri  üçün “Sağlamlıq imkanları məhdud olan şəxslərin əmək bazarına çıxışı” mövzusunda təlimdə ekspert qismində iştirak etmişdir. Ramil İskəndərli Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud olan şəxslərin əmək bazarına çıxış imkanları, qanunvericilik, onun tətbiqi praktikası və problemlər mövzusunda iştırakçılara məlumat vermişdir.

Bundan başqa mövzu üzrə sosial video çarxlara baxış keçirilmişdır və sağlamlıq imkanları məhdud olan şəxslərin əmək bazarına çıxışını məhdudlaşdıran əsas səbəblər barədə fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Hüquqi Təhlil və Araşdırma İctimai Birliyi, Sumqayıtın “Gənclərin rəyi” araşdırmalar mərkəzi, “Lotos” Əlilliyin Dərki və Təlim Mərkəzi, Femida Hüquq-İnformasiya Portalı, Gənc Hüquqşünaslar Birliyi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi və digər təşkilatların nümayəndələri iştirak etmişlər.

IMG_5522 IMG_5534


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: