Təşkilat artıq 10 ildir ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarına və vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verməkdədir

Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurları sadələşdiriləcək

Mart ayının 1-də Bakıda Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurunun sadələşdirilməsi və readmissiya haqqında sazişlər üzrə danışıqlar başlayıb. Trend-in məlumatına görə, Azərbaycan tərəfdən baş danışıqçı, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu prosesin başlanğıcını Aİ ilə əməkdaşlıqda əsas addım kimi qiymətləndirib. Onun sözlərinə görə, danışıqların məqsədi Azərbaycan və Aİ ölkələri vətəndaşlarının qarşılıqlı səfərləri şəraitinin sadələşdirilməsi, qanunsuz miqrasiya, qanuni miqrasiyanının təşviqi üzrə səylərin birləşdirilməsidir. “Azərbaycan viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlərin imzalanmasından sonra öz qanunvericiliyini yenidən nəzərdən keçirməyə, ona dəyişikliklər etməyə hazırdır və bunda Aİ-nin köməyinə ehtiyac olacaq”, – Məmmədquliyev qeyd edib. Danışıqlarda Aİ-nin nümayəndə heyətinə Beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Rob Rozenburq və Viza siyasəti bölməsinin rəhbər müavini Diderik Palman başçılıq edirlər.

Milli.Az URL: http://www.milli.az/news/politics/100323.html


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s



%d bloggers like this: